İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən son dərəcə kritik əmr: 40 günlük xüsusi əməliyyat başladı

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya təzyiqi artırmaq məqsədilə Ukrayna Təhlükəsizlik Xidmətinin 40 günlük xüsusi əməliyyatına start verildiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, Zelenskinin sözlərinə görə, qərar SBU rəhbərliyinin məruzəsindən sonra qəbul olunub. O bildirib ki, əməliyyatın əsas məqsədi Rusiyaya təzyiq göstərərək onu müharibəni dayandırmağa məcbur etməkdir.

Prezident qeyd edib ki, əməliyyat çərçivəsində uzaqmənzilli zərbələr, pilotsuz uçuş aparatlarının tətbiqi və digər xüsusi tədbirlər davam etdiriləcək. Zelenski həmçinin SBU-nun "Alfa" xüsusi təyinatlı bölməsinin son aylarda cəbhədə ən yüksək nəticələr göstərən bölmələrdən biri olduğunu vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyul 2026

04 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR