İnsanlara hürriyət, millətlərə istiqlal!

1200 abonentin qazı kəsiləcək

Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsinin bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə Musavat.com-a "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib.

Qeyd olunub ki, qəsəbə ərazisində diametri 89 millimetr olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə iyunun 23-də saat 11:30-da başlayacaq təmir-bərpa işləri ilə əlaqədar 1200 abonentin qaz təchizatında fasilə yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra abonentlərin qazla təminatı bərpa ediləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR