İnsanlara hürriyət, millətlərə istiqlal!

"1365 dəfə atəşkəs pozulub"- Rusiya Müdafiə Nazirliyindən Ukrayna ordusuna ağır ittiham

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin son sutka ərzində atəşkəs rejimini kütləvi şəkildə pozduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, nazirliyin yaydığı rəsmi məlumatda Ukrayna tərəfinin ümumilikdə 1365 dəfə atəşkəs qaydalarını pozduğu bildirilir.

Rusiya hərbi idarəsinin məlumatına görə, Ukrayna ordusu artilleriya qurğuları, yaylım atəşli reaktiv sistemlər, minaatan və tanklardan istifadə etməklə Rusiya mövqelərinə 153 dəfə atəş açıb.

Xüsusilə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə endirilən zərbələrin miqyası diqqət çəkir. Belə ki, hesabat dövründə PUA-lardan istifadə edilməklə cəmi 887 zərbə endirilib. Bunlardan 394-ü FPV-dronlar, 107-si oktopikopter, 171-i təyyarə tipli dronlar vasitəsilə həyata keçirilib, həmçinin 215 halda PUA-lardan döyüş sursatlarının atılması qeydə alınıb.

Moskva hesab edir ki, bu rəqəmlər Kiyevin elan olunmuş atəşkəs rejimini de-fakto tanımadığını və hərbi əməliyyatları davam etdirdiyini göstərir. Rusiya tərəfi bu pozuntuları beynəlxalq monitorinq qruplarına təqdim edəcəyini və adekvat cavab tədbirləri görəcəyini vurğulayıb.

9 may ərəfəsində hər iki tərəfin bir-birini atəşkəsi pozmaqda ittiham etməsini gərginliyin pik həddə çatmasının göstəricisi kimi qiymətləndirirlər. Hazırda cəbhə xəttində ağır texnika və dronların aktivliyi hər iki tərəfin hərbi hazırlığını yüksək səviyyədə saxladığını sübut edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR