İnsanlara hürriyət, millətlərə istiqlal!

2021-ə qədər kuryer idi, indi 500 milyonu var

Rusiyada ofisiant və kuryer kimi çalışan, 2021-ci ildə isə Dubayda qurduğu lüks geyim markası ilə böyük sərvət qazanan Vlad Bıkov yeni sevgilisi ilə görüntülənib.

Musavat.com “Haberler.com”a istinadən xəbər verir ki, təxminən 500 milyon dollarlıq sərvətə sahib olduğu deyilən sahibkarın sevgilisi ilə arasındakı boy fərqi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Qısa müddətdə sürətlə böyüdüyü və müxtəlif ölkələrdə mağazalar açdığı bildirilən Bıkov bu dəfə biznes uğurları ilə deyil, şəxsi həyatı ilə gündəmə gəlib.

İş adamı yeni sevgilisi ilə birlikdə Dubayda lüks binadan çıxarkən kameralara tuş gəlib. Cütlüyün görüntüləri qısa vaxtda sosial şəbəkələrdə yayılıb.

İzləyicilərin böyük əksəriyyəti onların arasındakı boy fərqinə diqqət çəkib. Sahibkarın şəxsi həyatına dair yayılan görüntülər minlərlə şərh toplayaraq geniş müzakirələrə yol açıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR