Onlayn ictimai-siyasi qəzet
Avropa miqrantların kütləvi axını səbəbindən İspaniya ilə Şengen sazişinin fəaliyyətinin dayandırılması barədə İtaliyanın təşəbbüsünü təsdiqləməlidir.
Musavat.com xəbər verir ki, bu bəyanatla Finlandiyanın daxili işlər naziri Mari Rantanen çıxış edib.
"Xarici sərhədlərin mühafizəsi üzrə öz öhdəliklərinə məhəl qoymayan dövlətlərin Şengen zonasında iştirak etmək hüququ olmamalıdır", - deyə nazir "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Bundan əvvəl İtaliyanın Baş naziri Corcia Meloni Seutaya qanunsuz miqrantların kütləvi axını səbəbindən İspaniya ilə azad sərhəd keçidinə dair Şengen müqaviləsinin dayandırılmasını təklif etmişdi.
Dünya mediasının son məlumatlarına görə, son 24 saat ərzində Seutaya 50 minə yaxın miqrant daxil olub. Bu, son beş ilin en miqyaslı sərhəd böhranı hesab olunur.
Musavat.com
19 Avqust 2026
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ