Onlayn ictimai-siyasi qəzet
Yaponiya milli təhlükəsizlik və kəşfiyyat sistemində mühüm dəyişiklik edərək yeni Milli Kəşfiyyat Bürosunu (NIB) yaradıb.
Musavat.com xəbər verir ki, yeni qurum ölkənin müxtəlif strukturları arasında kəşfiyyat fəaliyyətinin koordinasiyasını gücləndirmək, casusluğa qarşı mübarizəni təkmilləşdirmək və milli təhlükəsizliyə yönəlmiş təhdidlərə daha operativ reaksiya vermək məqsədi daşıyır.
İkinci Dünya müharibəsindən sonra Yaponiya tamhüquqlu və mərkəzləşdirilmiş xarici kəşfiyyat xidmətinin yaradılmasından imtina etmişdi. Tokio pasifist Konstitusiyaya və təhlükəsizlik sahəsində ABŞ ilə sıx əməkdaşlığa üstünlük verirdi.
Bu səbəbdən indiyədək ölkədə kəşfiyyat funksiyaları bir neçə müxtəlif dövlət qurumu arasında bölüşdürülmüşdü və vahid mərkəzləşdirilmiş kəşfiyyat strukturu mövcud deyildi.
Milli Kəşfiyyat Bürosunun yaradılması Tokionun təhlükəsizlik siyasətində yeni mərhələyə keçdiyini göstərir. Asiya-Sakit okean regionunda artan geosiyasi və hərbi gərginlik fonunda Yaponiya milli təhlükəsizlik məsələlərində daha müstəqil və fəal siyasət yürütməyə çalışır.
Yeni qurumun əsas istiqamətlərindən biri müxtəlif mənbələrdən əldə edilən kəşfiyyat məlumatlarının vahid mərkəzdə toplanması və təhlilinin gücləndirilməsi olacaq. Eyni zamanda, xarici casusluq fəaliyyətinə qarşı mübarizə və mümkün təhlükələrin əvvəlcədən müəyyənləşdirilməsi prioritet istiqamətlər sırasında göstərilir.
Musavat.com
23 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ