Onlayn ictimai-siyasi qəzet
Şimali Afrikada İspaniyanın anklavı olan Seuta şəhərinə keçməyə cəhd edərkən həlak olan miqrantların sayı 27 nəfərə çatıb.
Musavat.com xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.
İspaniyanın Milli Təhlükəsizlik Departamentinə istinadən "Cadena SER" radiosunun verdiyi xəbərə görə, Mərakeşlə İspaniya arasındakı sərhədi keçənlərin sayı kəskin şəkildə artıb.
Sərhədi keçənlərin ən azı 7 min nəfərinin azyaşlılar olduğu bildirilir.
Məlumat üçün qeyd edək ki, Seutanın bütün yerli əhalisinin sayı cəmi 83 min nəfər təşkil edir. Şəhər administrasiyasının rəhbəri isə artıq Seutaya daxil olan miqrantların ümumi sayının 60 min nəfərə çatdığını bəyan edib.
Yaranmış kritik vəziyyətlə əlaqədar İspaniya Daxili İşlər Nazirliyi bölgəyə hərbi qüvvələrin göndəriləcəyini vəd edib.
Ölkənin baş naziri Pedro Sançes isə şəraitin normallaşdırılması üçün bütün zəruri resursların səfərbər olunacağını bildirib.
@@TVmusavat/152023@@
Musavat.com
17 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ