İnsanlara hürriyət, millətlərə istiqlal!

90 min müəllimin maaşı artacaq – Nazir rəqəmləri açıqladı

“Bu il 90 min təhsilverənin əməkhaqqına əlavə ediləcək. Ümumilikdə 104 min insan sertifikatlaşdırmaya cəlb olunub, 73 min nəfərin əməkhaqqına əlavə edilib. Son il sertifikatlaşdırmadan keçən 17 500 nəfərin isə sentyabr ayında müsahibə prosesi başa çatdıqdan sonra müvafiq qaydada uğur qazananlar sırasına daxil ediləcəyi proqnozlaşdırılır”.

Musavat.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, sertifikatlaşdırma prosesi bu il də davam etdirilir.

Emin Əmrullayev bildirib ki, indiyədək ümumilikdə 104 min təhsilverən sertifikatlaşdırmaya cəlb olunub, onlardan 73 min nəfərin əməkhaqqına əlavə edilib.

Nazir qeyd edib ki, son il sertifikatlaşdırmadan keçən 17 500 nəfər üzrə müsahibə prosesi sentyabr ayında başa çatacaq. Müsahibələrdən uğurla keçənlərin əməkhaqqına da müvafiq əlavələrin edilməsi gözlənilir. Beləliklə, bu il sertifikatlaşdırmanın nəticələrinə əsasən ümumilikdə 90 min təhsilverənin əməkhaqqına əlavə edilməsi nəzərdə tutulur.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR