İnsanlara hürriyət, millətlərə istiqlal!

Abbas Əraqçı: İsrail ABŞ-ı bizimlə münaqişəyə sürükləyir

Musavat.com xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçı İsraili ABŞ-ı İran ətrafında baş verən hadisələrə hərbi şəkildə cəlb etməyə cəhd göstərməkdə ittiham edib.

Əraqçı “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib ki, İsrail hər zaman ABŞ-ı öz adından müharibələrə sürükləməyə çalışıb, lakin bu dəfə fərqli olaraq, adətən gizli saxlanılan niyyətlər açıq şəkildə dilə gətirilir.

Nazirin sözlərinə görə, İran küçələrində qan tökülən bir vaxtda İsrail açıq şəkildə etiraf edir ki, etirazçıları döyüş silahları ilə silahlandırıb və yüzlərlə insanın ölümünü də məhz bununla izah edir. Əraqçı vurğulayıb ki, bu cür bəyanatlar regionda vəziyyəti daha da gərginləşdirir.

İran XİN rəhbəri qeyd edib ki, Donald Tramp artıq zorakılıqların qarşısını almaq üçün hara və kimə yönəlməli olduğunu dəqiq bilməlidir.

Əraqçının paylaşımı israilli jurnalist *Tamir Morag*ın repost etdiyi açıqlama ilə müşayiət olunub. Morag İsrailin Channel 14 televiziya kanalının əsas buraxılışında yayımlanan məlumatlara istinad edərək bildirib ki, “xarici elementlər” İranda etirazçılara odlu silahlar verir və bu da rejim tərəfdarları arasında yüzlərlə insanın ölümünə səbəb olub.

İran tərəfi bu açıqlamaları İsrailin daxili proseslərə müdaxilə etdiyinin və ABŞ-ı qarşıdurmaya cəlb etmək niyyətinin açıq göstəricisi kimi qiymətləndirir.

 WhatsApp Image 2026-01-14 at 19.09.10.jpeg (88 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR