Onlayn ictimai-siyasi qəzet
Vaşinqton administrasiyası nüvə sınaqlarını kifayət qədər tezliklə keçirmək niyyətindədir.
Musavat.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O, bunun tammiqyaslı sınaqlar olub-olmayacağını dəqiqləşdirməyib: "Biz də başqalarının etdiyi kimi nüvə sınaqları keçirəcəyik".
Tramp həmçinin bunun "olduqca tezliklə" baş verəcəyini bildirib. Sınaq zamanı nüvə başlığının partladılıb-partladılmayacağı ilə bağlı suala Tramp belə cavab verib: "Bunu sizə demək istəmirəm. Amma biz də digər ölkələrin etdiyi kimi nüvə sınaqları keçirəcəyik".
Musavat.com
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ