Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın demokratların idarə etdiyi 12 ştatının baş prokurorları Paramount şirkətinin Warner Bros. Discovery media holdinqini satın almasının qarşısını almaq üçün məhkəməyə müraciət ediblər.
Musavat.com xarici agentliklərə istinadənxəbər verir ki, bu barədə Kaliforniyanın baş prokuroru Rob Bonta məlumat verib.
İddia ərizəsində bildirilir ki, Paramount və Warner Bros. Discovery ABŞ-ın ən böyük kino distribütorları və kabel televiziya şəbəkələrinin sahiblərindən hesab olunur. Prokurorların fikrincə, sövdələşmə baş tutacağı təqdirdə, birləşmiş şirkət ölkənin kino yayımı və kabel televiziya proqramları bazarının təxminən üçdə birinə nəzarət edəcək.
Rob Bonta bunun kinoteatrlara, kabel televiziya operatorlarına və tamaşaçılara zərər vuracağını bildirib.
Qeyd edək ki, Paramount Skydance Warner Bros. Discovery şirkətini 110 milyard dollara almaq barədə razılıq əldə edib.
Paramount Skydance şirkətinə milyarder və Oracle korporasiyasının yaradıcısı Larri Ellisonun oğlu Devid Ellison rəhbərlik edir.
ABŞ Prezidenti Donald Tramp isə danışıqlar zamanı sövdələşməni açıq şəkildə dəstəkləyib. O, jurnalistlərə açıqlamasında Ellisonlar ailəsini "mənim dostlarım" adlandırıb.
Musavat.com
14 Iyul 2026
13 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ