İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi pulsuz qaldı

ABŞ Senatı ölkənin Daxili Təhlükəsizlik Nazirliyinin maliyyələşdirilməsini bərpa olunmasını nəzərdə tutan layihəni qəbul edə bilməyib.

Musavat.com xəbər verir ki, nazirliyin maliyyə ilinin sonunadək (30 sentyabr-red.) maliyyələşməsini nəzərdə tutan layihənin lehinə 50, əleyhinə 45 senator səs verib. Layihənin keçməsi üçün 60 səs tələb olunur.

Fevralın 14-də nazirlik maliyyə çatışmazlığı səbəbindən fəaliyyətini qismən dayandırıb.

Fevralın 3-də ABŞ Konqresi təxminən dörd günlük bağlanmaya son qoyaraq federal hökumətin maliyyələşdirmə qanun layihəsini qəbul etdi. Büdcəsi təsdiqlənməmiş yeganə qurum DTN idi. Ona maliyyələşdirmə yalnız 13 fevrala qədər ayrılıb. Bu tarixə qədər Konqres nazirliyin İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) qurumu üçün büdcə düzəlişlərini təsdiqləməyi planlaşdırırdı.

Demokrat Partiyasının nümayəndələri hüquq-mühafizə orqanlarının əməkdaşları Minneapolisdə ştatında qanunsuz immiqrantlara qarşı əməliyyat zamanı iki ABŞ vətəndaşını güllələdikdən sonra DTN-nin maliyyələşdirməsinə dair qanun layihəsinin yenidən nəzərdən keçirilməsini tələb ediblər. Bu səbəbdən Demokratlar ICE-nin büdcəsini azaltmağı və əməliyyatlarında düzəlişlər etməyi planlaşdırırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR