Onlayn ictimai-siyasi qəzet
Pentaqon "General Dynamics Electric Boat" şirkəti ilə 2,28 milyard dollarlıq saziş imzalayaraq yeni nəsil strateji raketdaşıyan sualtı qayıqların – "Columbia" sinfinin – ilkin tikinti və avadanlıq tədarükünü rəsmən işə salıb.
Musavat.com xəbər verir ki, bu barədə "Naked Science" saytı məlumat yayıb.
İşlər əsasən Konnektikut ştatının Qroton şəhərində yerləşən "Electric Boat" gəmiqayırma zavodunda aparılacaq, əlavə istehsalat gücü isə Rod-Aylend və Virciniyadan cəlb olunacaq.
Proqram ABŞ-ın 1980-ci illərdən bəri nüvə triadasının dəniz hissəsinin əsasını təşkil edən Ohio sinifli sualtılara alternativ olaraq planlaşdırılır. Uzunmüddətli layihə çərçivəsində 5 ədəd "Columbia" sualtısı inşa ediləcək.
Yeni sualtılar ABŞ Hərbi Dəniz Qüvvələrinin tarixində ən böyük olacaq:
Bu sinif qayıqların gələcək onilliklərdə ABŞ-ın qlobal nüvə balansındakı mövqeyinin əsas elementlərindən biri olacağı bildirilir.
Musavat.com
22 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ