Onlayn ictimai-siyasi qəzet
ABŞ-İran danışıqlarının dördüncü raundu texniki məsləhətləşmələrə paralel olaraq keçiriləcək.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi bildirib.
Bəqayi deyib ki, iki ölkənin nümayəndə heyətləri Tehranın nüvə proqramı üzrə potensial razılaşmanın detallarını da müzakirə edəcəklər.
Onun sözlərinə görə, İranın texniki qrupun ekspertlərindən ibarət nümayəndə heyəti danışıqlar zamanı lazımi məsləhətləşmələr aparmaq üçün Maskatdadır.
Bəqayi qeyd edib ki, Maskatda danışıqlar yerli vaxtla günorta saatlarında başlayacaq. Danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edən xarici işlər naziri Abbas Əraqçi artıq Omana uçub.
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ