Onlayn ictimai-siyasi qəzet
ABŞ Mərkəzi Komandanlığı Pentaqona İrana qarşı mümkün istifadə üçün Yaxın Şərqdə "Dark Eagle" hipersəs raketlərinin yerləşdirilməsi üçün müraciət edib.
Musavat.com-un məlumatına görə, məlumatı Bloomberg yayıb. Agentliyin mənbələri bildiriblər ki, komandanlıq İran ərazisinin dərinliyində ballistik raket buraxıcılarını məhv etmək üçün daha uzun mənzilli sistemə ehtiyac olduğunu qeyd edib.
Müraciətdə bildirilir ki, İran öz buraxıcılarını 480 km-ə qədər məsafədəki hədəfləri vura bilən Amerika dəqiq idarə olunan raketlərinin diapazonundan kənara çıxarıb.
Mənbələr qeyd edib ki, Mərkəzi Komandanlığın (CENTCOM) tələbi ilə bağlı hələ qərar verilməyib.
Musavat.com
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ