İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK İDDİA: ABŞ İranda toy mərasimini BOMBALADI - Ölənlər və yaralılar var

İranın müxtəlif bölgələrində və regionda ABŞ-İran qarşıdurması fonunda gərginliyin artdığı barədə yeni məlumatlar yayılıb.

Musavat.com xəbər verir ki, SEPAH-ın rəsmi telegram kanalının yaydığı məlumata görə, Xomeyn şəhəri üzərində ABŞ-yə məxsus daha bir MQ-9 pilotsuz uçuş aparatı vurulub.

Həmçinin kanal Qətərdə ictimai təhlükəsizliklə bağlı xəbərdarlıq yayıldığını, sakinlərdən evlərində və təhlükəsiz sığınacaqlarda qalmağın xahiş edildiyini bildirib.

İraqın Ərbil şəhərində də bir neçə güclü partlayış səsi eşidilib. İddia olunur ki, ABŞ-nin Ərbildəki konsulluğu bölgədəki Amerika vətəndaşlarına şəhəri təcili tərk etmək barədə xəbərdarlıq edib.

Digər bir məlumatda isə İrandan İordaniya istiqamətində raketlərin buraxıldığı bildirilir. Ərəb mənbələri İordaniyadakı ABŞ hərbi bazaları ətrafında ard-arda partlayış səslərinin eşidildiyini yazır.

İranın Sirik şəhərində də vəziyyətin ağır olduğu xəbər verilir. İddialara görə, ABŞ-nin hava zərbələri zamanı yaşayış məntəqəsi və toy mərasimi hədəfə düşüb.

"Sirikdə toy mərasiminə endirilən zərbə nəticəsində azı 2 nəfər həlak olub, bir neçə nəfər yaralanıb", - deyə "Tasnim" agentliyi məlumat yayıb. Ümumilikdə Sirikdə 20 nəfərin yaralandığı vurğulanır.

"Al Jazeera" müxbirinin sözlərinə görə, bölgədə gərginlik tədricən pik həddə çatır. Ekspertlər qarşılıqlı cavab zərbələrinin daha geniş regional müharibəyə çevrilə biləcəyini istisna etmirlər.

Bununla yanaşı, amerikalı rəsmi şəxsin hücumların İran ərazisindəki hədəflərə dördüncü dalğada da davam etdiyini və əməliyyatlar tam başa çatdıqdan sonra rəsmi bəyanat veriləcəyini bildirdiyi iddia olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR