Onlayn ictimai-siyasi qəzet
ABŞ Karib dənizində daha bir rus gəmisini saxladı: Venesueladan çıxan tanker ələ keçirildi
ABŞ Karib dənizi akvatoriyasında Venesueladan yola çıxan Olina adlı neft tankerinin saxlanılması üçün yeni əməliyyata başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə Reuters ABŞ-dakı rəsmi mənbəyə istinadən məlumat yayıb və əməliyyatın artıq icra mərhələsində olduğu bildirilib.
The Wall Street Journal yazır ki, tanker birbaşa ABŞ Sahil Mühafizəsi tərəfindən saxlanılıb. Amerika tərəfi Olinanı Rusiya ilə əlaqəli daha bir gəmi kimi qiymətləndirir və onun sanksiyalardan yan keçməklə neft daşımalarında iştirak etdiyini iddia edir.
Hadisə Karib dənizi hövzəsində baş verib. Analitiklər hesab edirlər ki, bu addım Vaşinqtonun Rusiya və Venesuela mənşəli enerji daşımalarına qarşı təzyiqləri daha da sərtləşdirməsinin göstəricisidir.
Musavat.com
10 Iyun 2026
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ