İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Kubada “Venesuela fəndi” tətbiq etmək niyyətindədir

ABŞ prezidenti Donald Trampın administrasiyası Havanada hökumətə rəhbərlik edə və ölkənin kursunu Vaşinqtona doğru dəyişdirə biləcək hazırkı və ya keçmiş Kuba rəsmisi tapmağa çalışır.

Musavat.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” qəzeti mənbələrə istinadla məlumat yayıb.

Bu mənbələrə görə, ABŞ administrasiyası kəşfiyyat orqanlarına tapşırıq verib ki, Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilib ölkədən çıxardıqdan sonra Venesuela prezidenti postunu tutan Delsi Rodriges kimi birini tapsınlar.

Bildirilir ki, ABŞ rəsmiləri Rodrigesi maneəsiz şəkildə ölkə rəhbərliyini öz üzərinə götürə bilən və Vaşinqtonla əməkdaşlıq etməyə hazır olan praqmatik siyasətçi hesab edirlər.

Nəşr yazır ki, ABŞ administrasiyasında bəziləri Kubada da oxşar praqmatik lider tapıla biləcəyinə inanırlar. Lakin ABŞ kəşfiyyat orqanlarının məlumatına görə, Kubanın Vaşinqtonla əməkdaşlıq etmək istəməməsi daha çox İranın davranışına bənzəyir, ona görə də Venesuela variantı alınmaya bilər.

“Nyu-York Tayms” ABŞ administrasiyasına uyğun gələn namizədlər arasında Kubanın daxili işlər naziri Lazaro Alberto Alvares Kasas və Raul Kastronun nəvəsi Raul Gilyermo Rodriges Kastronun (şəkildə baba-nəvə Raul Kastrolar) adlarını çəkir.

Qeyd edək ki, Kubaya rəhbərlik edəcək şəxs tapılandan sonra hazırkı rəhbərliyin necə devriləcəyi məsələsi hələlik açıqlanmır. Ola bilər, ABŞ kommandosları Kubanın indiki prezidentini də iqamətgahından oğurlamağa cəhd edəcəklər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR