Onlayn ictimai-siyasi qəzet
ABŞ administrasiyası Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigesə qarşı gizli şəkildə cinayət ittihamları hazırlayır.
Musavat.com xarici mediaya istinadla xəb ər verir ki, Donald Trampın administrasiyası Venesuela prezidenti Nikolas Maduronun həbs edilməsindən sonra hakimiyyətə gələn müvəqqəti prezidenti Delsi Rodrigesə qarşı ittihamlae irəli sürəcək.
“Röyters” agentliyinin mənbələrinə görə, federal prokurorlar Rodrigesi, Trampın tələblərinə əməl etmədiyi təqdirdə korrupsiya və çirkli pulların yuyulması ittihamları ilə məhkəməyə verəcəklər.
Bildirilir ki, müvafiq ittihamların hazırlanması ilə iki aydır ki, Mayami prokurorları məşğuldurlar. Mənbələrin bildirdiyinə görə, istintaq Rodrigesin dövlətə məxsus PDVSA neft şirkəti üçün çirkli pulların yuyulmasında iştirakı ilə bağlıdır və bu, 2021-ci ildən 2025-ci ilə qədər olan dövrü əhatə edir.
Bildiirlir ki, ABŞ rəsmiləri Rodrigesə Venesuelada həbs olunmasını və ya saxlanılmasını istədikləri ən azı yeddi keçmiş yüksək vəzifəli məmurun, onların əməkdaşlarının və ailə üzvlərinin siyahısını təqdim ediblər.
ABŞ baş prokurorunun müavini Todd Blanş “Röyters”in xülasəsini şərh edərək, bunun "tamamilə yalan" olduğunu bildirib.
Delsi Rodriges 3 yanvar gecəsi Maduronun ABŞ qüvvələri tərəfindən tutulmasından sonra Venesuelanın müvəqqəti prezidenti olub.
Donald Tramp ABŞ-nin "təhlükəsiz, nizamlı və qanuni hakimiyyət keçidinə" nail olana qədər Venesuelanı "idarə edəcəyini" və ölkənin neft ehtiyatlarına da nəzarəti ələ keçirəcəyini bəyan edib.
Tramp Rodrigesdən "ölkəsini yenidən qura bilməyimiz üçün neftə və digər şeylərə tam çıxışı" tələb edib və bildirib ki, əgər o, "düzgün davranmasa", Madurodan daha pis bir aqibətlə üzləşəcək.
Musavat.com
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ