Onlayn ictimai-siyasi qəzet
ABŞ ordusunun ehtiyat qüvvələrinə məxsus 2 hərbçi bazar günü Küveytdə yerləşən ABŞ hərbi obyektinə pilotsuz uçuş aparatının hücumu nəticəsində həlak olub.
Musavat.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bundan əvvəl həmin hadisə zamanı daha 4 ehtiyat hərbçinin öldüyü bildirilib.
ABŞ Müdafiə Nazirliyi onların adlarını dünən açıqlayıb.
Pentaqonun məlumatına görə, hücum nəticəsində Ayova ştatından olan 45 yaşlı mayor Ceffri O’Brayen həlak olub. Həmçinin Kaliforniyanın Sakramento şəhərindən olan 54 yaşlı üçüncü dərəcəli baş zabit Robert Marzanın da “ehtimal olunan ölümü” elan edilib.
Qeyd olunub ki, hər iki hərbçi ABŞ ordusunun 103-cü Təchizat Komandanlığında xidmət edib.
İqbal RZAYEV,
Musavat.com

06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ