Onlayn ictimai-siyasi qəzet
Tramp ABŞ-ın İraqdakı hərbi missiyasının başa çatdığını elan etdi
Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsindəki rəsmi hesabında son amerikalı hərbçilərin İraqı tərk etdiyini elan edib.
Tramp bildirib ki, 2003-cü ildə Corc Buşun prezidentliyi dövründə başlanan, 2014-cü ildə Barak Obama və daha sonra Co Bayden administrasiyaları zamanı davam etdirilən "Sarsılmaz qətiyyət" (Operation Inherent Resolve) əməliyyatı 2026-cı ildə onun rəhbərliyi altında rəsmən başa çatır.
ABŞ lideri vurğulayıb ki, Əfqanıstandan fərqli olaraq, Erbil aviasiya bazasından koalisiya qüvvələrinin və hərbi texnikanın çıxarılması tam mütəşəkkil qaydada həyata keçirilib. Tramp İraqın yeni baş naziri Əli əl-Zaidiyə tam dəstəyini ifadə edərək, İŞİD xilafətinin darmadağın edildiyini və ABŞ qoşunlarının evə qayıtmaq vaxtının gəldiyini bəyan edib.
Musavat.com

13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ