İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ordusu İranın blokadasına dair yeni məlumat yaydı

İranın dəniz blokadasının bərpasından bəri ABŞ ordusu tərəfindən hərəkətinin qarşısı alınan ticarət gəmilərinin sayı 55-ə çatıb.

Musavat.com ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) X hesabındakı paylaşıma istinadən xəbər verir ki, blokada İranla bağlı gəmilərin, tankerlərin hərəkətinin qarşısını tam alıb: "9 avqust tarixinə olan məlumata görə, CENTCOM qüvvələri dəniz blokadasını tətbiq etmək üçün İranla bağlı 55 ticarət gəmisinin hərəkətinin qarşısını alıb, iki gəmini sıradan çıxarıb və iki gəmiyə hərbi qüvvə çıxarılıb".

Ondan bir gün əvvəl hərəkətinə imkan verilməyən gəmilərin sayı 51 idi. Bu isə bir gündə 4 gəminin İrana və ya İrandan hərəkətinin qarşısının alındığı deməkdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR