Onlayn ictimai-siyasi qəzet
ABŞ ordusu Hörmüz boğazına doğru atılan iki İran dronunu ələ keçirib.
Musavat.com xəbər verir ki, məlumatı "Fox News" jurnalisti Cennifer Qriffin bu barədə bir mənbəyə istinadən yayıb.
O, X hesabında yazıb: "ABŞ ordusu iki İran kamikaze hücum dronunu vurub".
Adı çəkilməyən ABŞ rəsmisinin sözlərinə görə, Tehran Hörmüz boğazından keçən kommersiya gəmilərinə zərbə endirməyə cəhd edib.
Dövlət televiziyası IRIB daha əvvəl İranın Hörmüzqan əyalətindəki Sirik şəhəri yaxınlığında bir sıra partlayışlar barədə məlumat vermişdi.
Musavat.com
04 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ