İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Polşaya 250 “Stryker” zirehli texnikasını 1 dollara verir

ABŞ hökuməti Polşaya 250 ədəd “Stryker” tipli zirehli döyüş maşınını cəmi 1 dollara təhvil verməyi təklif edib.

Musavat.com xəbər verir ki, bu barədə "Breaking Defense" məlumat yayıb.

Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış açıqlamasında bildirib ki, Varşava bu son dərəcə sərfəli təklifi məmnuniyyətlə qəbul etməyə hazırdır, lakin əvvəlcə logistika və texniki inteqrasiya məsələləri tam həll olunmalıdır.

Nazirin sözlərinə görə, ABŞ-ın bu addımı NATO-nun şərq qanadının müdafiə qabiliyyətini gücləndirmək məqsədi daşıyır. Polşa ordusu isə “Stryker”lərin qəbulundan sonra manevr imkanlarını və quru qoşunlarının çevikliyini əhəmiyyətli dərəcədə artıracaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR