Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Venesuelada prezidenti səlahiyyətlərini icra edən Delsi Rodrigezlə telefon danışığı aparıb.
Musavat.com xəbər verir ki, məlumatı Tramp özünə məxsus Truth Social hesabında paylaşıb. Onun sözlərinə görə, danışıq zamanı neft, minerallar, ticarət və milli təhlükəsizlik məsələlərini müzakirə ediblər: "Venesuelanın sabitləşməsini və bərpasını dəstəkləyərkən böyük irəliləyişlər əldə edirik. Neft, minerallar, ticarət və əlbəttə ki, milli təhlükəsizlik də daxil olmaqla müxtəlif mövzuları müzakirə etdik", - deyə Tramp Rodrigezlə söhbətini "çox yaxşı" adlandırıb.
Musavat.com
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ