Onlayn ictimai-siyasi qəzet
ABŞ Konqresində keçirilən qapalı brifinq zamanı İranın hücum dronları ilə bağlı diqqətçəkən açıqlamalar verilib.
Musavat.com xəbər verir ki, ABŞ-nin Hərbi Katibi Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn Kapitoli Təpəsində qanunvericilərlə keçirilən qapalı görüşdə İranın “Şahed” sinifli kamikadze pilotsuz uçuş aparatlarının gözləniləndən daha ciddi təhlükə yaratdığını etiraf ediblər. Bu barədə CNN məlumat yayıb.
Məlumata görə, brifinq zamanı ABŞ hərbi rəhbərliyi bildirib ki, İranın “Şahed” tipli dronları həm say, həm də istifadə taktikasına görə hava hücumundan müdafiə sistemləri üçün ciddi problem yaradır.
Onların sözlərinə görə, mövcud hava müdafiə sistemləri bütün dronları eyni vaxtda məhv etməyə qadir deyil və bəzi PUA-ların müdafiəni yararaq hədəflərə çatması ehtimalı qalır.
Rəsmilər xüsusilə qeyd ediblər ki, kütləvi şəkildə buraxılan kamikadze dronlar (sürətli və ucuz istehsal edilən PUA-lar) ən müasir hava hücumundan müdafiə sistemlərini belə yükləyərək onları çətin vəziyyətə sala bilir.
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ