İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Səudiyyə İranın İraqdakı dəstəkçilərinə zərbə endirdi

ABŞ və Səudiyyə Ərəbistanı ötən gün Səudiyyə Ərəbistanının enerji infrastrukturuna dron hücumu həyata keçirilən İraq ərazisinə zərbə endiriblər.

Musavat.com xəbər verir ki, məlumatı Səudiyyə Müdafiə Nazirliyinin sözçüsü Turki əl-Maliki və ABŞ Mərkəzi Komandanlığı yayıb:

"Səudiyyə Ərəbistanı Silahlı Qüvvələri ABŞ Mərkəzi Komandanlığı ilə koordinasiyalı şəkildə İraqda yerləşən və Krallığın neft obyektlərinə hücumlarda iştirak edən milislərə məxsus hədəflərə dəqiq zərbələr endirib".

Əl-Maliki zərbələrin "özünümüdafiə hüququ əsasında" həyata keçirildiyini vurğulayıb.

Səudiyyə Müdafiə Nazirliyi bundan əvvəl Səudiyyə Ərəbistanı hava hücumundan müdafiə qüvvələrinin Şərq əyalətindəki Krallığın neft obyektlərini hədəf alan bir neçə pilotsuz uçuş aparatının (PUA) hücumlarını dəf etdiyini bildirib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) da zərbələr barədə məlumatı X hesabında dərc edib: “ABŞ Mərkəzi Komandanlığı və Səudiyyə Ərəbistanı qüvvələri 28 iyulda İraqda dəqiq zərbələr endirib. Zərbələrin hədəfləri SEPAH tərəfindən ABŞ qüvvələrinə və Səudiyyə Ərəbistanının enerji infrastrukturuna hücum etmək tapşırığı verilmiş İranla əlaqəli terrorçular olub”.

İran isə Səudiyyə Ərəbistanına digər ölkələrdən edilən hücumlarda iştirakını təkzib edib. İran dövlət televiziyası bununla bağlı məlumatı hərbi mənbəyə istinadən yayıb: "ABŞ-ın regiondakı maraqlarına qarşı hər hansı bir hərəkəti İran İslam Respublikasına aid etmək ciddi bir səhv hesablamadır və regional vəziyyətdən xəbərsiz olmaqdan irəli gəlir".

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR