İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-yə qarşı 40 milyardlıq qərar

Kanada hökuməti ölkənin Arktika bölgəsinin müdafiəsini gücləndirmək üçün 40 milyard ABŞ dolları həcmində hərbi investisiya planı açıqlayıb.

Musavat.com xəbər verir ki, bu qərarla Ottava təhlükəsizlik və iqtisadi davamlılıq məsələlərində artıq başqa dövlətlərdən, xüsusilə də ABŞ-dən asılılığı azaltmaq niyyətini ortaya qoyur.

Məlumata görə, ayrılan vəsait Arktikada hərbi infrastrukturun genişləndirilməsinə, müşahidə sistemlərinin gücləndirilməsinə və yeni texnologiyaların tətbiqinə yönəldiləcək. Rəsmi açıqlamalarda vurğulanır ki, Kanada öz təhlükəsizliyini müstəqil şəkildə təmin etmək strategiyasına keçir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR