İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ yeniyetmələrin cinsinin dəyişdirilməsi prosedurlarına pul ödəməyəcək

ABŞ prezidenti Donald Tramp yetkinlik yaşına çatmayanların cinsiyyətinin dəyişdirilməsi prosedurlarına federal maliyyələşdirmənin dayandırıldığını elan edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, tədbir Medicaid və CHIP-ə təsir edəcək.

Qadağa cinsi yetişkənliyi bloklayan dərmanları, cinsi hormonları və cərrahi prosedurları əhatə edəcək.

"Biz bu vəhşi əməliyyatlar və prosedurlar üçün pul ödəməyəcəyik. Onlar gənc bədənlərə ağlasığmaz və dönməz zərər verirlər", - deyə Tramp yazıb.

Yeni qaydanın 13 oktyabrda qüvvəyə minməsi planlaşdırılır. Bu, yalnız federal fondlar tərəfindən maliyyələşdirilən tibbi yardıma aiddir.

Məhdudiyyət artıq hormon terapiyası alan uşaqlara təsir göstərməyəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR