İnsanlara hürriyət, millətlərə istiqlal!

"Adanalı"nın "Pınar"ı tanınmaz halda - FOTOLAR

2008-2010-cu illərdə yayımlanan “Adanalı” serialı ilə tanınan Tuğçe Özbudak illər ərzində etdirdiyi estetik əməliyyatlarla yenidən gündəmə gəlib.

Musavat.com xəbər verir ki, bu barədə "Haberler.com" portalı məlumat yayıb.

Uzun müddət ekranlardan uzaq qalan aktrisanın sosial mediada paylaşdığı son fotolar üzündəki dəyişiklikləri yenidən müzakirəyə çıxarıb.

Özbudak əvvəlki illərdə qatıldığı bir proqramda estetik əməliyyatlara müraciət etdiyini açıqlamışdı.

Uzun müddət ekranlarda görünməyən və sosial mediada paylaşımları ilə diqqət çəkən aktrisa son dəfə “İşte Benim Stilim” yarışmasında izləyici qarşısına çıxıb.

“Burnumda estetik əməliyyat var, dodağımda dolğu, çənəmdə və üzümündə botoks var. Üzümdə isə heç bir bıçaq izi yoxdur. Çənəmə hər üç ayda bir botoks etdirirəm”, - deyə o bildirib.

43 yaşlı aktrisa görünüşü ilə bağlı tənqidlərə isə belə cavab verib:

“Fotolarda pis görünə bilərəm, amma bu da effektlərə görədir”.

Özbudak həmçinin sənəti tərk etdiyini və hazırda daşınmaz əmlak sahəsində çalışdığını qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR