Onlayn ictimai-siyasi qəzet
Rusiyada Jurnalist Yuri Dud "xarici agent" təyinatı olmadan materiallar dərc etdiyinə görə təxminən iki ilə qədər həbs cəzası ala bilər.
Musavat.com ArbatMedia saytıına istinadla xəbər verir ki, jurnalistə qarşı ittihamlar 2025-ci ilin may ayında dərc olunmuş üç yazı ilə bağlıdır. Həmin yazılardan biri inqilabdan əvvəlki avtomobillərə, digəri jurnalist Katerina Qordeyevaya, üçüncüsü isə alkoqolun beyinə təsirinə dair olub.
Prokuror Dudun hərəkətlərinin "siyasi nifrət"dən qaynaqlandığını israr edir və bunun ağırlaşdırıcı hal kimi nəzərə alınmasını xahiş edir. Şahidlərdən biri, keçmiş “Roskomnadzor” işçisi Anastasiya Kravtsova məhkəmədə ifadə verərək, Dudun öz təyinatı barədə məlumatlı olduğunu təsdiqləyib, çünki o, əvvəllər bu təyinatı bəzi nəşrlərdə yerləşdirib.
Jurnalist ya imzasının qarşısında “xarici agent” ünvanı əlavə etməli imiş, ya da redaksiya onun barəsində belə bir qeyd yazmalıymış: “Bu material (məlumat) xarici agent Yuri Dud tərəfindən hazırlanıb”.
Məhkəmə iclasına magistrat hakim Alla Petrova sədrlik edir. İş üzrə qərar hələ verilməyib.
Musavat.com
29 Avqust 2026
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ