İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın vəziyyəti necədir? 

Ağcabədi rayonunun Aşağı Avşar kəndində iki gün öncə bıçaqlanan 7 yaşlı uşağın son vəziyyəti açıqlanıb.

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından Musavat.com-a bildirilib ki, azyaşlının vəziyyəti ağır olaraq qalır.

Qeyd olunub ki, pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. 

Xatırladaq ki, Ağcabədi rayonunda azyaşlı şəxs çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 1 nəfər müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin 12 yaşı olduğu bildirilir.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR