İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağır qəza: Yük maşını aşdı, yol bağlandı — VİDEO

Bakının Suraxanı rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Zığ şosesində qeydə alınıb. Hadisə zamanı yük avtomobillərindən biri idarəetməni itirərək yolun hərəkət hissəsinə aşıb.

Qəza səbəbindən 8 Noyabr prospekti istiqamətində avtomobillərin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilib və yol bağlanıb. Hadisə zamanı bir nəfərin yüngül xəsarət aldığı bildirilir.

Əraziyə dərhal polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.

Hazırda aşılan yük avtomobilinin yoldan götürülməsi, ərazinin təmizlənməsi və nəqliyyatın hərəkətinin bərpa olunması istiqamətində operativ işlər aparılır.//APA

@@/TVmusavat/156357@@

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR