Onlayn ictimai-siyasi qəzet
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Musavat.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə şəhərin Firuz Ələkbərov və Elməddin Nəsibov küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, “Chevrolet” və “Opel” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən idarəetmədən çıxan “Chevrolet” yol kənarındakı işıq dirəyinə çırpılaraq onu sıradan çıxarıb.
Qəza zamanı xəsarət alan olmayıb, lakin hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.


11 Oktyabr 2026
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ