İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ağlaşma verilişlər reytinq verirdi" - VİDEO

"Kanallarda şou verilişləri dayandı, ancaq ağlaşma. Getməyəndə deyirlər, yekəxanasan. Gedib zarafat da etmək olmur. Əvvəl komediya, indi ağlaşma reytinq verir. Düzdür, ağlaşma verilişlərini bağladılar".

Bu sözləri aktyor Elməddin Cəfərov "Antaklosku" yutub layihəsində deyib. Aktyor verilişlərə getməməsindən danışıb.

Elməddin Azərbaycanda film sənayesinin vəziyyətindən gileylənib. O bildirib ki, son illər kino sahəsində ciddi problemlər yaşanır:

"Son vaxtlar film çəkilmir. Film sahəsi çöküb. Dramaturq, ssenari çatışmır. Hər şeydən nəsə çatışmır: ssenari, operator, aktyor. Operatorlar fokus tuta bilmir. Tamaşaçı da gəlmir. Əvvəldən də belə idi. İndi "Netflix" daha sərfəlidir. 20 manat verib bir ay filmə baxa bilirsən. Amma kinoteatrda 20 manata alınmır. Azı 40 manat xərcləyirsən".

Sənətçi kinoya marağın yenidən artması üçün keyfiyyətli ssenarilərin və peşəkar kadrların yetişdirilməsinin vacib olduğunu vurğulayıb. (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyul 2026

18 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR