İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ-dən Paşinyana dəstək bəyanatı: "Ermənistan Avropa İttifaqına arxalana bilər"

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələrinin elan olunmasından sonra Baş nazir Nikol Paşinyanı qazandığı qələbə münasibətilə rəsmən təbrik edib.

Musavat.com xəbər verir ki, Avropa rəsmisi öz müraciətində Brüsselin İrəvanın yürütdüyü xarici siyasət xəttinə tam dəstək verdiyini nümayiş etdirib.

Ursula fon der Lyayen Paşinyana ünvanladığı təbrik məktubunda ölkədəki demokratik prosesləri yüksək qiymətləndirib və Ermənistanın Qərbə inteqrasiya addımlarını alqışlayıb: "Hörmətli Nikol Paşinyan, Sizi seçkilərdə qazandığınız qələbə münasibətilə təbrik edirəm. Sizin rəhbərlik etdiyiniz 2018-ci ilin məxməri inqilab ruhu hələ də yaşayır və sağlamdır. Ermənistan Avropaya getdikcə daha da yaxınlaşır".

Avropa Komissiyasının rəhbəri Ermənistanın üzləşdiyi regional çağırışlar fonunda Brüsselin strateji tərəfdaşlığa sadiq olduğunu xüsusi vurğulayıb. Fon der Lyayen bəyanatının sonunda açıq şəkildə qeyd edib ki, rəsmi İrəvan gələcək addımlarında və Avropa gələcəyinə doğru gedən yolda birmənalı olaraq Avropa İttifaqına tam ümid bəsləyə və onlara arxalana bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR