İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ və 9 ölkə İrana qarşı yeni sanksiyalara qoşuldu

Avropa İttifaqı İrandakı vəziyyətlə bağlı tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin miqyasını genişləndirib.

Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb. Albaniya, Bosniya və Herseqovina, İslandiya, Lixtenşteyn, Moldova, Monteneqro, Şimali Makedoniya, Norveç və Ukrayna Aİ Şurasının 24 iyul tarixli qərarına qoşulublar.

Sözügedən qərar İrandakı vəziyyətlə əlaqədar altı fiziki və hüquqi şəxsə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsini nəzərdə tutur.

Qoşulan ölkələr öz milli siyasətlərini Aİ-nin qəbul etdiyi sanksiya qərarına uyğunlaşdırmaq öhdəliyi götürüblər.

Rəsmi Brüssel tərəfdaş ölkələrin bu addımını və sanksiya tədbirlərinə dəstəyini alqışlayıb.

photo_2026-08-14_23-12-10.jpg (75 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR