Onlayn ictimai-siyasi qəzet
Almaniya ordusu yeni hərbi planlarını həyata keçirməkdə ciddi çətinliklə üzləşib.
Musavat.com xəbər verir ki, Almaniya Rusiyaya yaxın bölgədə yerləşdirilməsi nəzərdə tutulan zirehli briqada üçün kifayət qədər könüllü hərbçi tapa bilmir.
Alman mətbuatının yaydığı məlumata görə, Bundesver sıralarında kadr çatışmazlığı planlaşdırılan bölmələrin formalaşdırılmasını ləngidir.
Məlumatda bildirilir ki, Berlin hökuməti yaranmış vəziyyətdən çıxış yolu kimi indiyədək könüllülük prinsipi ilə həyata keçirilən sistemi dəyişməyi və müxtəlif məcburi tədbirləri nəzərdən keçirməyi müzakirə edir.
Qeyd olunur ki, Almaniya rəhbərliyi NATO-nun şərq cinahının gücləndirilməsi planları çərçivəsində yeni hərbi qüvvələrin formalaşdırılmasına xüsusi önəm verir. Lakin şəxsi heyət çatışmazlığı bu prosesin qarşısında əsas maneələrdən birinə çevrilib.
Musavat.com
25 Avqust 2026
01:06 Qonşu ölkədə məktəbli forması məcburiləşir – tam dəstin qiyməti bəlli oldu, imtina edənləri...
24 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ