İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada azərbaycanlı 4 nəfərin yaralanmasına SƏBƏB OLDU

Almaniyanın Hessen şəhərinin mərkəzində avtomobil qarşı hərəkət zolağına çıxaraq avtobus dayanacağı yaxınlığında digər maşınla toqquşub.

Muavat.com xəbər verir ki, qəza nəticəsində dörd nəfər xəsarət alıb.

Onlardan bir qadının vəziyyəti ağırdır, daha üç nəfər, o cümlədən sürücünün özü yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən sürücünün 32 yaşlı, əsli Azərbaycandan olan Hessen sakini olduğu bildirilir.

O, polis tərəfindən saxlanılıb. Hakimiyyət orqanları insidentin terror və ya siyasi motiv daşımadığını açıqlayıb.

İlkin ehtimala görə, qəzaya sürücünün səhhətində yaranmış problem səbəb ola bilər. Hadisə ilə bağlı araşdırma aparılır. Məlumatı DPA agentliyi yayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR