İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikalı Amsterdam Paşinyanı anti-demokratiyada ittiham edir

Nikol Paşinyanın administrasiyası Erməni Apostol Kilsəsini təqib etməklə Ermənistanda demokratiyanı məhv edir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə amerikalı hüquq müdafiəçisi Robert Amsterdam Facebook səhifəsində yazıb və paylaşımını “Populizmdən avtoritarizmə” qeydi ilə müşayiət edib.

“Populist kimi siyasi fəaliyyətə başlayan Paşinyan avtokratlaşır, hakimiyyəti ələ keçirib, demokratiyanı dağıdır və Erməni Apostol Müqəddəs Kilsəsini təqib edir”, – deyə o qeyd edib.

Qeyd edək ki, Amsterdam terrorçu Ruben Vardanyana yaxın adam sayılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2026

27 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR