Onlayn ictimai-siyasi qəzet
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, son 23 ildə ölkədə 488 kilometr uzunluğunda 4 min 75 yeni körpü tikilib.
Musavat.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Onun sözlərinə görə, bununla da ölkədəki körpülərin sayı 10 min 42-yə, ümumi uzunluğu isə 799 kilometrə çatdırılıb.
Nazir qeyd edib ki, bu məsafə turizm mərkəzi Antalya ilə Yunanıstan sərhədinə qədər olan məsafəyə bərabərdir.
2002-ci ildə Türkiyədə cəmi 311 kilometr uzunluğunda 5 min 967 körpünün olduğunu xatırladan nazir, bu gün həmin göstəricilərin ikiqatdan çox artdığını vurğulayıb.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ