Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda su istehlakçıları üçün yeni qiymətlər elan olunacaq.
Gununsesi.info xəbər verir ki, bununla bağlı Tarif Şurasının yeni qərarı ilə suyun qiyməti bahalaşacaq.
Bundan başqa su təminatı da qaz təminatı kimi limitlə müəyyən olunacaq. Bu artımı Tarif Şurası ölkəmizin su təsərrüfatında rentabelliliyin təmin edilməsi ilə əsaslandırılacaq. Tarif Şurasının gündəliyində olan yeni təklifə görə, 10 kuba qədər 1 manat 20 qəpik, 10-20 kub arası 1 manat 60 qəpik, 20 kubdan yuxarı isə 2 manatla hesablanması nəzərdə tutulur.
Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı vəzifəsindən azad edilib. Eyni zamanda Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun Suraxanı rayonun icra başçısı Adil Əliyevə töhmət verməsi barədə xəbər ictimai rezonans doğurub. Bəs hər ikis Prezident tərəfindən təyin olunan məmurların bir-birinə töhmət verməsi hüquqi baxımdan doğrdurmu?
“AzPolitika” bildirir ki, qanunvericiliyə görə Bakı şəhər icra hakimiyyətinin başçısı tabeliyindəki rayon icra başçılarını töhmət verməklə xəbərdarlıq edə bilər. Bu, vəzifə öhdəliklərinin pozulması, qanun və qaydalara əməl etməmək hallarında tətbiq olunan nizam-intizam tədbiridir.
Hüquq ekspertləri bildirirlər ki, töhmət Bakı İcra Hakimiyyətinin başçısının tabeliyindəki şəxslər üzərində nizam-intizamı təmin etmək səlahiyyətinin bir hissəsidir. Lakin bunun qanun çərçivəsində, əsaslı səbəblərlə tətbiq olunması vacibdir.
Daha ciddi tədbirlər, məsələn, vəzifədən azad etmə və ya işdən kənarlaşdırma, yalnız Azərbaycan Prezidenti və ya müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə mümkündür.
Maaş və pensiyalar artır, buna paralel olaraq ölkədə bahalaşma da sürətlənir. Bu baxımdan da insalarımız maaş və pensiya artımına sevinə bilmirlər. Dizelin qiymətinin artması nəticəsində artıq bir çox sahələrdə artım özünü göstərdi. Bu qərarlar necə və hansı əsaslandırma ilə qəbul olunur? Hansı problemlərin həlli üçün Milli Məclisdə addımlar atıla bilər və ya atılmalıdır?
Gündəmdəki bir çox xəbərləri, yuxarıda yazdığımız sualları bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonaqlarımız YAP-çı deputat Elman Nəsirov və deputat Razi Nurullayevdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı:
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ