İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya hərbi bazası Ermənistanı ikiyə “böləcək”

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını istəmirsə, Moskva “sabah belə” çıxmağa hazırdır.

Putin deyib ki, Rusiya öz hərbi mövcudluğunu Ermənistana zorla qəbul etdirmək niyyətində deyil.

Rusiya prezidenti qeyd edib ki, Rusiya bazasının qalması ilə bağlı qərar Ermənistan tərəfinin və ölkə vətəndaşlarının mövqeyini nəzərə almalıdır: “Əgər erməni xalqı orada hansısa Rusiya hərbi mövcudluğunu istəyirsə, biz qalacağıq, işləyəcəyik və əməkdaşlıq edəcəyik, istəməsə çıxmağa hazırıq”.

Putin ilk dəfədir ki, Gümrüdəki hərbi baza məsələsi ilə bağlı bu cür danışır.

Bəs, seçim Ermənistan xalqına buraxılsa xalq Rusiya hərbi bazasının ölkədə qalmasının, yoxsa çıxmasının tərəfində olar?


Arzuxan Əlizadə:  "Azərbaycan-ABŞ əlaqələri artan dinamika ilə inkişaf edir"

AMİP sədri, deputat Arzuxan Əlizadə Musavat.com-a bildirib ki, Rusiya Prezidentinin Gümrüdəki 102-ci hərbi baza ilə bağlı verdiyi açıqlama təsadüfi deyil və Moskvanın Ermənistan cəmiyyətində artan anti-Rusiya meyillərini, eləcə də İrəvanın son dövrlərdə Qərbə inteqrasiya siyasətini diqqətlə izlədiyini göstərir: “Putin ilk dəfədir ki, bu məsələ ilə bağlı bu qədər açıq və sərt mövqe ortaya qoyur. Əgər məsələ həqiqətən Ermənistan xalqının seçiminə buraxılarsa, cəmiyyətdə ciddi fikir ayrılığının olacağı şübhəsizdir. Ermənistanın Qərbə inteqrasiyasını və Rusiyanın təsirindən çıxmasını istəyən siyasi qüvvələr bazanın ölkədən çıxarılmasını dəstəkləyə bilərlər. Lakin Ermənistanın təhlükəsizlik baxımından hələ də ciddi problemlərinin mövcud olduğunu arqument kimi vurğulayan müəyyən təbəqələrin Rusiya hərbi bazasının qalmasını dəstəkləyəcəyi də birmənalıdır. Bu kəsim Ermənistanın Rusiya bazası olmadan öz təhlükəsizlik sistemini hansı alternativlə əvəz edə biləcəyi və həmin alternativ Ermənistanın təhlükəsizliyini təmin edə biləcəkmi sualını ortaya qoymaqla erməni cəmiyyətinin bir hissəsini rus hərbi bazasının çıxmasının əleyhinə kökləyəcəyi də şübhəsizdir.
Belə də isə rus hərbi bazasının çıxıb-çıxmaması məsələsi erməni cəmiyyətini ikiyə bölə bilər”.

Deputat hesab edir ki, Putinin açıqlaması əslində Ermənistan üçün bir növ siyasi sınaq olmaqla yanaşı, Ermənistandakı Rusiya meylli qüvvələrə də açıq mesajdır. Ermənistan həm Rusiya ilə hərbi-strateji əlaqələri zəiflətmək, həm də Qərbdən eyni səviyyədə real təhlükəsizlik təminatı almaq imkanına malik olub-olmadığını düşünmək zorundadır.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR