İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının gələcəkdə ölkədən çıxarılacağı iddia olunur

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu  rusiyalı jurnalist Modest Kolerov Vladimir Putinlə Nikol Paşinyanın Bişkek görüşünü şərh edərkən deyib.

“Rusiyanın 102-ci hərbi bazası Ermənistandan çıxarılacaq”, – deyəKolerov bildirib.

Onun sözlərinə görə, bazanın çıxarılması yalnız siyasi və ya simvolik addım olmayacaq. Rusiyalı ekspert 102-ci bazanın hazırkı fiziki vəziyyətinin də yaxşı olmadığını iddia edib.

“Biz bilirik ki, baza fiziki baxımdan pis vəziyyətdədir. Amma onun simvolik əhəmiyyəti var”, – Kolerov deyib.

Ekspert bu ehtimalı Ermənistanın Avropa istiqamətində hərəkəti və Moskva ilə İrəvan arasında münasibətlərin dəyişməsi ilə əlaqələndirib.

Kolerov Putinin Paşinyanla son görüşündə Ermənistanın eyni vaxtda iki fərqli inteqrasiya istiqamətini davam etdirməsinin mümkün olmayacağı barədə açıq mesaj verdiyini də vurğulayıb:“Putin birbaşa dedi ki, iki ssenarini birləşdirmək cəhdi uğurlu olmayacaq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR