Onlayn ictimai-siyasi qəzet
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Almaniyanın Leypsiq hava limanında baş verən insidentlə bağlı kəskin bəyanatla çıxış edərək, Avropa İttifaqının Rusiya xüsusi xidmət orqanlarının təxribatlarına dözməyəcəyini bildirib.
Musavat.com xəbər verir ki, Aİ rəsmisi baş verənləri Rusiya agentləri tərəfindən Birlik ərazisində həyata keçirilmiş birbaşa hücum kimi qiymətləndirib.
"Bu, Aİ ərazisində Rusiya operativləri tərəfindən hərbi təyinatlı maddələrdən istifadə edilməklə törədilmiş hücum idi. Biz buna dözməyəcəyik və Almaniya ilə tam həmrəyliyimizi ifadə edirik. Əgər bu addımın məqsədi bizim Ukraynaya dəstəyimizə şübhə toxumu səpmək idisə, sizə tam əminliklə deyə bilərəm: bu, yalnız mənim qətiyyətimi daha da möhkəmləndirdi. Avropa və NATO Rusiyaya olan təzyiqi nəinki saxlayacaq, biz onu daha da gücləndirəcəyik. Rusiya Ukraynada mülki əhalini, günahsız uşaqları, qadınları və kişiləri bombalamağı və öldürməyi dayandırana qədər biz dayanmayacağıq", – deyə Ursula fon der Lyayen vurğulayıb.
Aİ rəhbərinin bu bəyanatı Qərb ilə Moskva arasında kəşfiyyat və təhlükəsizlik müstəvisində qarşıdurmanın yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Musavat.com
03 Sentyabr 2026
02 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ