İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sınıq ürək” artıq gizlənə bilməyəcək - Qan analizi ilə aşkarlayan yeni texnologiya

Alimlər infarktla asanlıqla qarışdırılan takotsubo kardiomiopatiyasının – “sınıq ürək sindromu”nun aşkarlanması üçün BioTAK adlı yeni süni intellekt aləti hazırlayıblar.

Musavat.com xəbər verir ki, sistem qan analizinin nəticələrini təhlil edərək xəstəliyin invaziv ürək kateterizasiyasından əvvəl müəyyənləşdirilməsinə kömək edir.

Takotsubo sindromu əsasən güclü emosional və ya fiziki stressdən sonra yaranır və daha çox menopauzadan sonrakı qadınlarda müşahidə olunur. Onun əlamətləri infarkta bənzəyir: sinədə ağrı və EKQ-də dəyişikliklər yaranır. Lakin klassik infarktdan fərqli olaraq, ürəyi qidalandıran arteriyalarda tıxanma olmaya bilər.

Süni intellekt qanda xəstəliyin müəyyənləşdirilməsində mühüm rol oynayan biomarkerləri müəyyən edib. BioTAK təxminən 1800 nəfər üzərində yoxlanılıb və xəstələrin təxminən 90 faizini aşağı və ya yüksək takotsubo ehtimalı qruplarına düzgün ayıra bilib.

Yeni metodun gələcəkdə diaqnozu sürətləndirməyə və bəzi xəstələrdə lazımsız invaziv prosedurların qarşısını almağa kömək edə biləcəyi bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR