İnsanlara hürriyət, millətlərə istiqlal!

Çay, qəhvə və şirin içkilər suyu əvəz edə bilərmi? 

“Çay, qəhvə və şirin içkilər orqanizm üçün təmiz suyun tam əvəzi hesab oluna bilməz”.

Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı nazirliyin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova açıqlayıb.

WhatsApp Image 2026-09-02 at 15.37.48.jpeg (99 KB)

Onun sözlərinə görə, şirin və kofeinli içkilər bədənin maye ehtiyacını qismən qarşılasa da, tərkibindəki maddələr səbəbindən təmiz suyu əvəz etmirlər:

“Çay və qəhvədəki kofein sidikqovucu təsirə malikdir. Bədənə maye daxil olsa da, eyni zamanda sürətlə xaric olur. Bu səbəbdən də orqanizm susuzlaşır. Şirin içkilər və qazlı sular bədənə həddindən artıq boş kalori və şəkər yükləyir. Bu isə piylənmə və tip 2 şəkərli diabet riskini kəskin artırır. Çayda yüksək miqdarda oksalatlar var. Həddindən artıq çay qəbulu və susuzluq böyrəklərdə daş yaranmasına yol açır”.

Mütəxəssis-ekspert bildirib ki, bol su qəbulu metabolizmi sürətləndirir: “Təmiz su bədəndə birbaşa sorulur, digər içkilər isə orqanizm tərəfindən “qida” kimi qəbul edilir. Onların tərkibindəki maddələri parçalamaq üçün qaraciyər və böyrəklər əlavə enerji sərf edir. Hüceyrələrin təmizlənməsi və qidaları enerjiyə çevirməsi üçün yalnız təmiz həllediciyə — yəni saf suya ehtiyacı var”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2026

02 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR