İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəyanət iddialarından sonra mükafat aldı 

“Taşacak Bu Deniz” serialında Fadime obrazını canlandıraraq geniş auditoriyanın diqqətini çəkən gənc aktrisa Zeynep Atılgan bu dəfə təhsili və aldığı mükafatla gündəmə gəlib.

Musavat.com xəbər verir ki, Atılganın universitetdə ingilis dilində Fizika ixtisası üzrə təhsil aldığı məlum olub. Gənc sənətçi Türkiyə Fizika Dərnəyi tərəfindən “2026-cı ilin Sənətçi Xüsusi Şərəf Mükafatı”na layiq görülüb.

Serialdakı uğurlu performansı ilə tanınan Zeynep Atılgan sosial media paylaşımları və şəxsi həyatı ilə də zaman-zaman medianın diqqət mərkəzində olur.

Xəyanət iddiası ilə gündəmə gəlmişdi

Xəbərdə Atılganla bağlı mövzu ilə yanaşı, Önerin nişanlısının da gündəmə gətirdiyi xəyanət iddiasından bəhs olunur.

İddialara görə, yayılan görüntülərdən sonra Önerin nişanlısı susqunluğunu pozaraq xəyanətə məruz qaldığını bildirib. O, yaşanan prosesin özünə ağır təsir etdiyini və bu müddətdə çətin günlər keçirdiyini deyib.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2026

02 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR