Onlayn ictimai-siyasi qəzet
Türkiyənin "Pegasus" aviaşirkəti sentyabrın 2-nə keçən gecə Bodrum, İzmir və Antalyadan Moskvaya uçan bir neçə təyyarəni havadan geriyə qaytararaq, səhər saatlarında Türkiyə ilə Rusiya şəhərləri arasında planlaşdırılan onlarla reysi tamamilə ləğv edib.
Musavat.com xəbər verir ki, aviadaşıyıcının nümayəndələri uçuşların Türkiyə tərəfinin rəsmi qadağası səbəbindən dayandırıldığını bildiriblər. Eyni zamanda, Ukrayna PUA-larının kütləvi hücumu nəticəsində Moskva aeroportlarında 80-ə yaxın reys ləğv olunub və ya təxirə salınıb. Rusiya Müdafiə Nazirliyi isə 11 region və Krım üzərində 130 dronun vurulduğunu iddia edib.
Türkiyə aviaşirkətinin bu qəfil qərarı Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya səmasının "faktiki olaraq bağlanacağı" barədə xəbərdarlığından dərhal sonra gəlib. Zelenski Kiyevin mülki təyyarələrə hücum etməyəcəyini, lakin kütləvi PUA hücumlarının Rusiya, xüsusən Moskva və Sankt-Peterburq səmasını mülki aviasiya üçün tamamilə təhlükəli edəcəyini bəyan etmişdi.
Rusiya Prezidenti Vladimir Putin isə öz növbəsində Ukrayna liderinin bu bəyanatını "dövlət terrorizminə iddia" adlandıraraq adekvat cavab tədbirlərinin görüləcəyini vəd edib.
Musavat.com
03 Sentyabr 2026
02 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ