İnsanlara hürriyət, millətlərə istiqlal!

İnsana dəyər dövlət siyasətinin ən böyük gücüdür

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hər bir təşəbbüsündə insan amilinə, insanların rifahına və sağlamlığına xüsusi diqqət özünü göstərir.

Tibb işçilərinin əməyinin qiymətləndirilməsi və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində irəli sürülən təşəbbüs məhz bu insani yanaşmanın növbəti parlaq nümunəsidir.

İnsanın sağlamlığının keşiyində dayanan, gecə-gündüz fədakarlıqla çalışan tibb işçisinə qayğı göstərmək cəmiyyətin sağlam gələcəyinə qayğı göstərməkdir.

TƏBİB-in tabeliyində çalışan 72 mindən çox tibb işçisinin əməkhaqlarının artırılması onların əməyinə verilən yüksək dəyərin ifadəsidir. Xüsusilə regionlarda çalışan və kadr çatışmazlığı olan sahələr üzrə fəaliyyət göstərən həkimlər üçün əlavə stimulların nəzərdə tutulması səhiyyənin daha əlçatan və keyfiyyətli olmasına mühüm töhfə verəcək.

Tibb işçisinin əməyinə verilən dəyər, pasiyentin sağlamlığına göstərilən qayğı, regionlarda insanların keyfiyyətli tibbi xidmətə çıxış imkanlarının genişləndirilməsi — bütün bunlar vahid məqsədə, insan həyatının və sağlamlığının qorunmasına xidmət edir.

Verilən bu qərar yalnız əməkhaqqı artımı deyil, insana verilən dəyərin, humanist dövlət siyasətinin və sosial ədalətin mühüm göstəricisidir.

İnsan üçün görülən hər bir xeyirxah iş gələcəyə qoyulan ən dəyərli sərmayədir.

Mehriban xanımın bu nəcib təşəbbüsünü yüksək qiymətləndirir və tibb işçilərimizə göstərilən diqqət və qayğıya görə minnətdarlığımı bildirirəm. Çünki sağlam insan, güclü ailə, firavan cəmiyyət və güclü Azərbaycan — hamısı insana verilən dəyərdən başlayır.

Xatirə Vəliyeva.jpg (209 KB)

Xatirə Vəliyeva,
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR